İstanbul Aydın Universitetinin rektoru Qərbi Kaspi Universitetində olub


Digərləri 05 Apr 2019 11:00:00 242 0

İstanbul Aydın Universitetinin rektoru Qərbi Kaspi Universitetində olub

İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın Qərbi Kaspi Universitetində olub.

Bakı. İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın Qərbi Kaspi Universitetində olub. Qonağa Qərbi Kaspi Universitetinin tarixi, əldə etdiyi nailiyyətlər və son illərdə həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər arasında müəllim-tələbə mübadiləsi, birgə tədbirlərin təşkili, elmi tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.