Saxlanılan şəxs polis şöbəsində öldü


Digərləri 05 Apr 2019 10:03:00 214 0

Saxlanılan şəxs polis şöbəsində öldü

Goranboy Rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecə şöbədə saxlanılan 50-55 yaşlarında olan kişi orada ölüb.

İlkin məlumata görə ölən şəxs yol polisi əməkdaşları tərəfindən qayda pozduğuna görə saxlanılıbmış. Kişinin ölüm səbəbi, hələ ki, məlum deyil.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.