Nərimanovda yol qəzası - Sürücünü maşından FHN çıxardı


Digərləri 05 Apr 2019 10:04:00 211 0

Nərimanovda yol qəzası - Sürücünü maşından FHN çıxardı

Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və "Hyundai" markalı iki minik avtomobili toqquşub. Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.