Heç bir bədən üzvü onun kimi əzab görməz


Digərləri 04 Apr 2019 23:45:00 207 0

Heç bir bədən üzvü onun kimi əzab görməz

Ayətullah Cavadi Amuli əxlaq dərslərindən birində dilin ziyanlarına işarə edərək buyurmuşdur: "İmam Əli (ə) "Nəhcul-bəlağə"də buyurur: "Dil - o vəhşidir ki, əgər boş buraxsan, sənə ziyan vurar və səni parçalayar".

Həqiqətən də, dil - bir əqrəbdir ki, əgər siz onu boş buraxsanız, sizi ziyana sala bilər. Dil haqqında nəinki Ğəzali, o cümlədən başqa alimlər də 20-dən çox günah saymışdılar. Onlar deyirlər ki, bədən üzvlərindən ən çox günah edəni - məhz dildir.

Nəql edilir ki, dil hər gün bədən üzvlərinə sual verir ki, halınız necədir? Onlar da cavabında deyirlər ki, əgər sən imkan versən, biz amanda olarıq.

Son.az deyerler.org-a istinadən bildirir ki, Quran buyurur: "(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər. Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın". ("Qaf" 17-18).

İnsanın dediyi və etdiyi hər bir əməli yazan mələklər vardır. Onların hər biri insanın yaxşı və pis əməlini və sözünü qeydə alar və Qiyamət günü əməl dəftərində ona təqdim edərlər. Bunu dərk edən insan, dilinə hakim olmalıdır.