Saxta qidaları belə seçin –


Digərləri 04 Apr 2019 23:05:00 215 0

Saxta qidaları belə seçin –

Gündəlik istifadə olunan bir çox ərzaq məhsulları var ki, onların saxta olduğunu heç ağlımıza belə gətirmirik. Bu cür ərzaqlardan istifadə sağlamlığa da mənfi təsir edir. Buna görə də, aldığınız məhsulların saxta və ya təbii olduğunu müəyyən etmək lazımdır.

Son.az medicina.az-a istinadən 5 qidanın saxta olub-olmadığını təyin etmə qaydalarını təqdim edir:

Bal

Bal istehsalçılarının fantaziyaları tükənməzdir. Balı bir çox hallarda fruktozanı qızdırıb, ona nişasta əlavə edərək hazırlayırlar. Bəzi hallarda isə arıçılar arıya şəkər yedirərək, daha "təbii" bal əldə edirlər.

Saxta balın dünyaca məşhur bazarı Çin hesab edilir. Bu ölkədə hətta rəngləyici və ətirləndirici ilə hazırlanan şokoladlı, albalılı bal də istehsal olunur.

Yoxlanması:

Balın təbii olub-olmadığını yoxlamaq üçün onu çay qaşığının ucunda götürün. Əsl bal qaşıqda uzun müddət qalacaq və axmayacaq. Ağıza qoyduqda isə boğazı qıcıqlandırmalıdır.

Pendir

Pendir nə qədər bahadırsa, deməli, bir o qədər çox emal olunub. Məsələn, bahalı pendir sortu olan parmesanı daha ucuz başa gəlsin deyə, palma yağı vurulur. Buna görə də yalançı parmesan daha yumşaq olur. Təbii parmesan pendirini isə demək olar ki, kəsmək mümkün deyil, o ovxalanacaq. Onun içərisində demək olar ki, məsamələr yoxdur.

Yoxlanması:

Tərkibi oxuyun: təbii pendirin tərkibində süd, zərdab və pendir fermenti olur. Təbii olub-olmadığını yoxlamaq üçün pendir diliminin üzərinə yod tökün. Əgər onun tərkibində nişasta varsa, o zaman pendir göy rəng alacaq. Bu isə onun saxta olmasından xəbər verir. Həmçinin saxta pendiri oda tutduqda o ərimir, yanır.   Zeytun yağı