“Kasperski Lab” Madriddə Şəffaflıq Mərkəzi açır


Digərləri 04 Apr 2019 16:54:35 221 0

“Kasperski Lab” Madriddə Şəffaflıq Mərkəzi açır

"Kaspersky Lab" Madriddə Şəffaflıq Mərkəzi açır.

Bakı. "Kaspersky Lab" Madriddə Şəffaflıq Mərkəzi açır. Bu, Sürixdə yerləşən anoloji mərkəz kimi, etibarlı tərəfdaşlar və hökumət təşkilatları üçün şirkət məhsullarının mənbə kodunu yoxlamaq, eləcə də, proqram təminatının hazırlanması sənədləri və məlumatların emalı prinsiplərini öyrənmək üçün təhlükəsiz və rahat mühit yaradacaq. Mərkəz ilk qonaqlarını iyun ayında qəbul edəcək. Struktur “Kaspersky Lab”ın 2017-ci ilin oktyabr ayında elan etdiyi informasiya açıqlığı qlobal təşəbbüsü çərçivəsində yaradılıb. Bu təşəbbüs tərəfdaşların və hökumət təşkilatlarının "Kaspersky Lab" məhsullarının və texnologiyalarının necə işləməsinə olan artan marağı ödəmək üçün bir sıra tədbirlərdən ibarətdir. Mərkəzdə məlumat sadə və rahat şəkildə təqdim olunacaq. Qonaqlar müxtəlif məlumatlara çıxış əldə edəcəklər: “Kaspersky Lab”ın proqram təminatının hazırlanması prinsiplərindən və informasiyanın qorunması standartlarından tutmuş, şirkətin mənbə kodunun kritik hissələrinin dərin hərtərəfli təhlilinə kimi (Daha ətraflı kaspersky.com/transparency-center-offices) "Kasperski Lab" şirkətinin dövlət qurumları ilə əlaqələr üzrə vitse-prezidenti Anton Şinqaryov bildirib: "Biz məlumatların saxlanılması, işlənilməsi və “Kaspersky Lab” tərəfindən qorunması proseslərinin biznes insanları tərəfindən qavranılmasının necə vacib olduğunu anlayırıq. Məhz buna görə də biz Avropa şirkətlərinin, hökumət və nəzarət qurumlarının bu kimi suallara cavab tapa bilməsi üçün növbəti Şəffaflıq Mərkəzini açmaq qərarına gəldik. Məlumat təhlükəsizliyi dövlət qurumları və müştərilər üçün prioritetlərdən birinə çevrilir və biz məlumatların təhlükəsizliyini necə təmin etdiyimizi izah etməyə hazırıq. Bizim informasiya şəffaflığına dair qlobal təşəbbüsümüz məhz bunu nəzərdə tutur. Biz həmçinin təşəbbüsün miqyasının genişlənməsindən və onu dəstəkləyən tədbirlərin sayının artmasından çox məmnunuq”. "Kaspersky Lab" qlobal informasiya açıqlığı təşəbbüsü çərçivəsində artıq bir neçə addım atıb: