Bakıda qardaş qardaşı 3 toyuğa görə öldürdü


Digərləri 04 Apr 2019 15:14:00 212 0

Bakıda qardaş qardaşı 3 toyuğa görə öldürdü

Qardaşını qətlə yetirməkdə təqsirli bilinən Ağamalı Xaləddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi aprel ayının 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, ağır cinayət 2018-ci ilin oktyabr ayında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun savxozu adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyyəsindən bir bıçaq zərbəsi vurub. Çoxlu qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb.