“Diqlas”da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır


Digərləri 04 Apr 2019 14:40:12 250 0

“Diqlas”da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarlara yardım üzrə ödənişlərin verilməsi üzrə sənədlərin qəbuluna bu gündən başlanacaq. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, ödəniş "Kapital Bank" və "Azərtürk Bank" vasitəsilə həyata keçiriləcək. 

Nazir qeyd edib ki, vəsait sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar kompensasiyadan xidmət haqqı tutmayacaqlar.

Ş.Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində artıq yerləşdirilib: