Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçirilib


Digərləri 04 Apr 2019 14:28:54 195 0

Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim təşkil olunub.

Bakı. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim təşkil olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda keçirilmiş təlimdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-ə yaxın sahibkar yararlanıb. Sahibkarlara onlayn təlimi KOBİA-nın "Facebook" səhifəsi vasitəsilə izləmək imkanı da yaradılıb. Onlayn təlim zamanı sahibkarlar üçün qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklər barədə təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilib. Ekspert qismində onlayn təlimə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunub.