“Valideynlərim mənə qeyriciddi işlə məşğul olan biri kimi baxırlar”


Digərləri 04 Apr 2019 14:05:00 216 0

“Valideynlərim mənə qeyriciddi işlə məşğul olan biri kimi baxırlar”

Aparıcı Elçin Əlibəyli valideynlərindən dəstək görməyən gənc yazarlara və sənətçilərə Feysbuk statusu ilə dəstək verib

Aparıcı Elçin Əlibəyli valideynlərindən dəstək görməyən gənc yazarlara və sənətçilərə Feysbuk statusu ilə dəstək verib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, fikirlərini belə ifadə edib:

"Bəzən gənc yazar və sənətdəki tanışlarım giley edirlər ki, evdə bizi anlamırlar, elə bilirlər qeyri-ciddi işlə məşğuluq. Düşündüm hamısına ümumi bir cavab verim. Özümdən deyəcəyəm, 26 yaşında fəlsəfə doktoru olmuşam, 4 elmi monoqrafiyanın, 47 məqalənin müəllifiyəm, başqa nə işlər görmüşəm sadalayıb uzunçuluq etmək istəmirəm, amma hələ də 41 yaşlı bir adama valideynlərim qeyri-ciddi işlə məşğul olan şəxs kimi baxırlar. Yəni, bunu çox da dərd eləməyin, yolunuzu davam etdirin".