Poroşenkodan Zelenskinin debat təklifinə cavab VİDEO


Dünya 04 Apr 2019 14:10:00 201 0

Poroşenkodan Zelenskinin debat təklifinə cavab  VİDEO

Ukraynada prezident seçkilərinin ikinci turuna keçən şoumen Vladimir Zelenski hazırkı dövlət başçısı Petro Poroşenkonu ölkənin ən böyük stadionlarından biri olan - Kiyevdə yerləşən "Olimpiya" stadionunda debata çağırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Poroşenkonun Zelenskiyə cavabı gecikməyib. O, Tvitter mikroloqunda yaydığı videomüraciətdə Ukrayna seçki qanunvericiliyinin bütün şərtləri yerinə yetiriləcəyi halda, debat təklifinə razı olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası bu gün səslərin 100 fazinin hesablandığını, V.Zelenskinin 30.25 faiz səslə seçki yarışında liderlik etdiyini açıqlayıb.