Bu uşaq qidasında zərərli cisimlər aşkar edildi


Digərləri 04 Apr 2019 12:57:00 257 0

Bu uşaq qidasında zərərli cisimlər aşkar edildi

Son.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluğun birgə məlumatına əsasən, AQTA-nın 1003 "Çağrı Mərkəzi"nə "Malyutka - 2" əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində "Malyutka - 2" əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub.

Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib.


Xəbərə aid fotolar