Yasamalda piyadanı vurub qaçan bahalı maşının sürücüsü tutuldu


Digərləri 04 Apr 2019 12:44:00 224 0

Yasamalda piyadanı vurub qaçan bahalı maşının sürücüsü tutuldu

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən verilən Son.az-a məlumata görə, araşdırmalarla H.Məmmədzadənin cari il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və yol-nəqliyyat hadisəsinin "Jeep" markalı avtomobillə törədildiyi müəyyən edilib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, Binəqədi RPİ 4-cü Polis Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.

Araşdırma aparılır.

Pünhan Mirzə Son.az