Bakıda itkin düşən azyaşlı tapılaraq sığınacağa yerləşdirilib


Digərləri 04 Apr 2019 11:27:00 233 0

Bakıda itkin düşən azyaşlı tapılaraq sığınacağa yerləşdirilib

Bakıda itkin düşmüş azyaşlı qız polis əməkdaşları tərəfindən aşkarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş uşağa polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər.

Mərkəzdən verilən məlumata görə, Məryəm adlı uşağın 6 yaşı var.

Azyaşlının dilənçiliyə cəlb edilməsi versiyası istisna edilmir.