Sirrozda ağızdan qan gəlirmi? Qaraciyər xəstəliyində damar problemi


Digərləri 03 Apr 2019 23:49:00 231 0

Sirrozda ağızdan qan gəlirmi?  Qaraciyər xəstəliyində damar problemi

50% qaraciyərin sirrozu xəstələrində mədə və qida borusunun vena damarlarının varikoz genişlənməsi baş verir. Qaraciyər sirrozunun ağır mərhələyə qədəm qoymasının bir əlaməti də ağızdan frontan qan gəlməsidir.

Son.az medicina.az-a istinadən bildirir ki, xəstəliyindən xəbəri olmayan xəstələr çox vaxt bunu ağciyər və ya mədə qanaxması ilə səhv salır.

A tip sirroz xəstələrinin 40%, C tip sirrozunda 85%-də qida borusunun damar genişlənməsi olur. Ona görə sirroz xəstələrinin hamısı dinamikada ezofaqoqastroudoneskopiyadan keçirilməlidir.