İNANILMAZ İŞ TƏKLİFİ: 66 min dollar maaş və dünyanı gəzmək


Digərləri 03 Apr 2019 23:31:00 220 0

İNANILMAZ İŞ TƏKLİFİ: 66 min dollar maaş və dünyanı gəzmək

İngiltərənin "Vibrant Vegan Company" qida şirkəti yeni işçi axtarışına çıxıb.

Son.az xəbər verir ki, şirkət dünyanı dolaşaraq yeni veqan yeməklər kəşf edən və bunları sənədləşdirən əməkdaşlar axtarır.

"Dad direktoru" adlanan bu vakansiyanın maaşı 50 min avrodur (66 min dollar).

Pozisiyaya qəbul olunacaq işçisinin qalmaq, səyahət və yemək xərcləri şirkət tərəfindən qarşılanacaq. Onun tək işi isə 4 ay boyunca Meksika, Çin, Hindistan və Türkiyə kimi ölkələrdə gəzmək olacaq.