Gənc yaşlarda piylənmə qocalıqda bu xərçəngə səbəb olur ARAŞDIRMA


Digərləri 03 Apr 2019 23:19:00 199 0

Gənc yaşlarda piylənmə qocalıqda bu xərçəngə səbəb olur  ARAŞDIRMA

Gənc yaşlarından 40 yaşa kimi artıq çəki və piylənmə 5 yaşdan sonra pankreatik xərçəngə yoluxmaq riskini 4 dəfə artırır.

Son.az medicina.az-a istinadən bildirir ki, Amerika Onkologiya cəmiyyətinin mütəxəssisləri yeni araşdırmalarının nəticələrini Atlantada xərçəng tədqiqatları konfransında təqdim ediblər.

Statistikaya görə, pankreatik xərçəng ABŞ-da lider onkoloji xəstəlikdir. 2019-cu ildə bu xəstəlikdən 46000 insanın öləcəyi proqnozlaşdırılır.  Alimlər hesab edir ki, ABŞ-da piylənmə epidemiyası bu statistikanı artırır.

Araşdırmada 1 milyon amerikalının məlumatları analiz olunub. Bütün bu insanlar 1982-ci ilə kimi sağlam idilər. Onlar 2014-cü ilə kimi izlənilib. Bu müddət ərzində 9000 nəfərə yaxın insan mədəaltı vəz xərçəngindən həyatını itirir.