Kartofun qabıqlarını ƏSLA ATMAYIN! Şəkər xəstəliyi, ürək infarktı... FOTO


Digərləri 03 Apr 2019 23:03:00 274 0

Kartofun qabıqlarını ƏSLA ATMAYIN!  Şəkər xəstəliyi, ürək infarktı...  FOTO

Karbohidrat baxımından zəngin olan kartofun insan sağlamlığına bir çox faydası var. Lakin ən yaxşı enerji qaynaqlarından biri olan kartofun qabıqlarını, adətən, istifadə etmirik.

Son.az xəbər verir ki, mütəxəssislər kartofun içinin olduğu qədər qabıqlarının da faydalı olduğunu açıqlayıb.

Kartof qabıqlarının faydaları nələrdir?

Sarı, qırmızı və ağ olmaqla, üç çeşidi olan kartof nişasta baxımından da zəngindir. Bu çeşidlilik becərildiyi torpağa görə dəyişir. Ana vətəni Amerika olan bu bitki bədəndəki suyu balanslaşdırır, qaraciyərdəki şişkinliyi aradan qaldırır, bağırsaqların təmizlənməsinə yardımçı olur. A, C, K, B6 və E vitaminləri ilə zəngindir. Kartof qabıqları ilə bərabər istifadə olunduqda bir çox xəstəliyin sağalmasında əhəmiyyətli rol oynayır.

- Kartofun lif qaynağı içindən daha çox qabığındadır. Lif uzun müddət tox qalmağı təmin edir. Xolesterol səviyyəsini aşağı salır və ürək infarktı riskini azaldır. Eyni zamanda, pəhriz üçün uyğun bir qidadır. Lakin bu zaman miqdarına xüsusi diqqət etmək vacibdir.


Xəbərə aid fotolar