Kinoya ssenari yazan kompüterlər


Digərləri 03 Apr 2019 22:24:00 240 0

Kinoya ssenari yazan kompüterlər

Süni intellektin filmlərin çəkilməsinə nə qədər kömək edəcəyini bilmirik. Ancaq kino sənayesində bu cür inqilabi texnologiya özünü göstərməkdədir. Hazırda belə texnologiya ilə ekran əsərlərinin yaradılmasına və montajına bir qədər ehtiyatla yanaşılsa da kifayət qədər irəliləyişin şahidi olmuruq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda kino sənayesi süni intellekt vasitəsilə mükəmməl filmlər çəkilməsinin mümkünlüyünü təcrübədən keçirir.

2016-cı ildə İBM Vatson superkompüteri "Morgan" filminin videoçarxını montaj etməkdə köməkçi rolunu oynayıb. Doqquz dəqiqə çəkən "Sunspring" (2016) qısametrajlı filminin ssenarisi isə "Benjamin" adlı kompüterin köməkliyi ilə reallaşıb.