Zehnimizi detoks etməyin 10 asan üsulu


Digərləri 03 Apr 2019 21:35:00 225 0

Zehnimizi detoks etməyin 10 asan üsulu

"Detoks" orqanizmin toksinlərdən təmizlənməsi deməkdir. Sağlamlığımızı qorumaq və bədənimizi toksinlərdən təmizləmək üçün detoks etmək şərtdir. Yay fəslinin yaxınlaşması ilə əlaqədar vücudumuzdakı zərərli maddələri necə detoksla atırıqsa, zehin detoksu ilə də beynimizi tərtəmiz və gümrah hala gətirə bilərik.

Son.az yenicag.az-a istinadən zehnimizi detoks etməyin 10 asan üsulunu təqdim edir:

1. HƏR VƏZİYYƏTİ OLDUĞU KİMİ QƏBUL EDİN ! Həyatımızda yaşadığımız ayrılıqlar, xəstəliklər və ölümlər bizi dərindən sarsıdır. Nə qədər acı çəksək də, bu vəziyyəti olduğu kimi qəbul etməyimiz sağlamlıq baxımından çox önəmlidir.

2. BAĞIŞLAYIN! Keçmişinizdə sizi incidən bir çox insan ola bilər, çalışın onları bağışlayın. Sizə mənfi təsir edəcək şəkil və əşyalar varsa, onları atın. Keçmişinizlə barışsanız, uzun müddət fərqində olmadan daşıdığınız ruhi yüklərinizdən qurtulacaq, yüngülləşəcəksiniz.

3. MƏNFİ KƏLMƏLƏRİ HƏYATINIZDAN ÇIXARIN! Bədbin düşüncələrə qapılaraq istifadə etdiyiniz mənfi kəlmələri çalışın lüğətinizdən çıxarın. "Həyatımda hər şey bədbinliyə doğru gedir" kimi ümumiləşdirmələr etməkdən çəkinin.

4. DƏYİŞİKLİYƏ BAŞLAYIN! Kiçik bir addımla həyatınızı dəyişin. Evinizdə olan və müsbət enerji almadığınız əşyalardan qurtulmaqla işə başlayın. Hər gün durmadan baxdığınız telefon və kompüter ekranları üçün sizi motivə edən gözəl şəkillər seçin.

5. SEVDİYİNİZ RƏNGLƏR DƏYİŞİKLİK ÜÇÜN İDEALDIR! Rənglərin gücü həyatımıza böyük təsir göstərəcək. Paltarlarınızda, ev dekorunda hətta saçınızda belə bu rəngləri istifadə etməklə həyatınıza pozitiv enerji qata bilərsiniz.