Bart Muyart Astrid Lindqrenin xatirəsinə həsr olunmuş Beynəlxalq mükafatın laureatıdır


Digərləri 03 Apr 2019 21:38:00 193 0

Bart Muyart Astrid Lindqrenin xatirəsinə həsr olunmuş Beynəlxalq mükafatın laureatıdır

Belçikalı yazıçı Bart Muyart uşaq ədəbiyyatı sahəsində Astrid Lindqrenin xatirəsinə həsr olunmuş Beynəlxalq mükafatın laureatı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mükafatın münsiflər heyəti seçim zamanı yazıçının bütün əsərlərinə xas olan xüsusi ahəngdarlığı qeyd edib.

B.Muyart 1978-ci ili yaradıcılıq bioqrafiyasının başlanğıcı sayır. O vaxt o, özünün "Yaradıcılıq elegiyası" poemasını ilk dəfə radioda səsləndirib. 1983-cü ildə uşaq şeirlərini jurnalda çap etdirməklə şair kimi debüt edib. O vaxtdan etibarən yazıçının onlarca kitabı, pyes və şeirlər toplusu nəşr edilib. Hazırda onun əsərləri 22 dilə tərcümə olunub.