Lənkəranlı bağban bir ağacda 7 növ sitrus meyvəsi calaq edir FOTO


Digərləri 03 Apr 2019 21:20:00 280 0

Lənkəranlı bağban bir ağacda 7 növ sitrus meyvəsi calaq edir  FOTO

Lənkəran rayonunun Hirkan qəsəbə sakini, 40 ildir bağçılıqla ilə məşğul olan Arif Kərimov bir ilkə imza atıb. O, təsərrüfatında bir ağacda 7 növ sitrus meyvəsini calaq edərək yetişdirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir çox təsərrüfatçılardan fərqli olaraq o, calağı cır limonla yox, iri meyvələri olan sitrus ağacları ilə edir. Bağban təsərrüfatında əvvəllər bir neçə meyvə ağacını calaq edirdisə, indi 7 növ sitrus meyvəsini bir ağacda calaq etməyə nail olub. Arif Kərimov calaq edərkən panderoza ağacına (limon sortu) üstünlük verir: "Panderoza ağacına "sultan" da deyirlər. Güclü və sağlam ağacdır. Yeddi müxtəlif növ meyvəni eyni vaxtda qidalandıra bilir. Calaq etdikdən bir il sonra isə bar verir."


Xəbərə aid fotolar