Britaniyada smartfonların utilizasiyası üçün avtomatlar quraşdırılıb


Digərləri 03 Apr 2019 21:14:00 227 0

Britaniyada smartfonların utilizasiyası üçün avtomatlar quraşdırılıb

Avtomatları ABŞ ərazisində 19 milyondan çox işlənmiş mobil telefon qəbul etmiş ABŞ-ın "Gazelle" şirkəti Böyük Britaniyada ilk avtomatlarını quraşdırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya sakinləri artıq 18 terminaldan istifadə edə bilərlər. Bu avtomatlar London və Midlendsin supermarket və ticarət mərkəzlərində quraşdırılıb. "Gazelle" gələcəkdə işlənmiş mobil telefonların utilizasiyası üzrə terminallar şəbəkəsinin sayını xeyli artırmağı planlaşdırır.

Öz köhnə telefonunu belə avtomatlara təhvil verən britaniyalılar ani olaraq ödəniş alırlar, həmçinin telefonlarının zibillikdə deyil, utilizasiya ediləcəyinə əmin olurlar. Terminal telefonun qiymətini cihazın modelindən, yaddaş tutumundan və ikinci bazarda qiymətindən asılı olaraq müəyyənləşdirir.