"Çox əziyyət çəkirəm" Musa Yaqub


Digərləri 03 Apr 2019 18:31:00 241 0

"Çox əziyyət çəkirəm"  Musa Yaqub

Son vaxtlar ağır xəstəlikdən əziyyət çəkən, tanınmış Azərbaycan şairi, sabiq deputat Musa Yaqub səhhəti, AYB ilə münasibətləri ilə bağlı bakupost.az-a qısa müsahibə verib. 

Son.az həmin müsahibəni təqdim edir: 

- Musa müəllim, bir il xəstə yatağında yatdınız. Belə bir hiss yaşadınızmı ki, bu da son, ömür bitdi?   - Yox, imkanım olmadı onu düşünməyə. Ömürün bitməsindən qorxmamışam heç vaxt. Amma çox əziyyət çəkirəm. Səsim çıxmır, ayağım qalxmır ki, yeriyəm.   - Axırıncı dəfə nə vaxt şeir yazmısız?

- 3-4 gün bundan qabaq.   - Mövzu nə idi?

- Evin içində oturub evə tələsirdim. Bütün otaqları axtardım, yoldaşımı tapmadım. Yəni məhəbbət mövzusu.   - Zəlimxan Yaqub, Qəmbər Şəmşiroğlu ilə dost idiniz, get-gəliniz var idi. Onlar Allahın rəhmətinə qovuşub. Övladları yanınıza gəlirmi, kefinizi soruşurmu?    - Yox, nə Bəhlul, nə də Cavid Qurbanov ("Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili - red.) yanıma gəlməyib. Cavidlə ruh yaxınlığımız var, onun da həyat yoldaşı rəhmətə gedib. Ancaq gərək, onlar mənimlə əlaqə saxlayaydılar.

- Xəstə yatağında yatdığınız zaman müalicənizə Azərbaycan Yazıçılar Birliyi, birliyin sədri, xalq yazıçısı Anar dəstək oldumu?