Kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürdü


Digərləri 03 Apr 2019 16:50:00 231 0

Kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürdü

Ucar rayonunda əmisi qızı Gülnar Həşimovanı zorlayaraq qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı İlkin Çiqqarovun barəsində cinayət işinin istintaqı başa çatıb.

Son.az-ın lent.az-a istinadən məlumatına görə, İ.Çiqqarov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 12-ə təyin edilib.

Qeyd edək ki, ötən il dekabr ayında Ucar rayonunda qeydə alınıb. Ucar rayon polis şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Ekspertiza rəyinə görə, Gülnar Həsimovanın boyun-boğaz və sol qolunda bıçaqla yetirilmiş ağır xəsarətlər aşkar olunub.