Bakıda DAKın aeronaviqasiya komissiyasının iclası keçirilir FOTO


Digərləri 03 Apr 2019 16:36:00 237 0

Bakıda DAKın aeronaviqasiya komissiyasının iclası keçirilir  FOTO

Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) aerovaniqasiya üzrə koordinasiya komissiyasının 19-cu iclası keçirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları"nın dəstəyi ilə keçirilən iclasın əsas mövzusu "Aeronaviqasiyada innovasiya texnologiyaları və uçuşların meteoroloji təminatı" olub.

İclası AZAL-ın nəzdindəki "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərxan Quliyev, Dövlətlərarası Şuranın Aviasiya və Hava Məkanından İstifadə üzrə icraçı direktoru Eldar Bağırzadə və DAK-ın sədr müavini Konstantin Kleşev açıb.

İclasda həmçinin mülki aviasiya haqqında sazişə üzv ölkələrin aeronaviqasiya və meteoroloji xidmətləri, elmi tədqiqat institutları, elm-istehsalat mərkəzləri və təşkilatları, habelə təhsil müəssisələrinin rəhbərləri və ekspertləri iştirak edirlər. Müşavirə iştirakçıları iclasın yüksək səviyyədə təşkilini, məzmunlu və maraqlı təqdimatların keçirildiyini vurğulayıblar.


Xəbərə aid fotolar