"Heç kimin ailəsini dağıtmamışam"


Şou-biznes 03 Apr 2019 15:15:00 189 0

"Heç kimin ailəsini dağıtmamışam"

Rəqqasənin əri olmur? Kiminsə ailəsini dağıtmalıdır ki, ailəsi olsun?

Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi rəqqasələrin ünvanına deyilən tənqidlərə sərt cavab verib: "41 yaşım var, heç kim deyə bilməz ki, indiyənə kimi mənə bir çöp verib. Hər şeyi öz gücümə etmişəm. 11 ildir ailəliyəm, heç kimin ailəsini dağıtmamışam. Eşitmişəm belə söz deyilib.  Rəqqasələri qınayıblar. Rəqqasə özünü çöldə qoyub? Elə rəqqasələr tanıyıram ki, onların qarşısında baş əyirəm.  Danmıram, elələri var ki, adamın adını batırırlar. Amma hamını bir tutmasınlar".