113 milyondan çox insan kəskin aclıqla mübarizə aparır


Dünya 03 Apr 2019 14:52:00 229 0

113 milyondan çox insan kəskin aclıqla mübarizə aparır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) müharibələr və iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərə görə 53 ölkədə 113 milyondan çox insanın kəskin aclıqla yaşadığını bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, FAO-nun ərzaq böhranına dair hazırladığı 2019-cu il qlobal hesabatına görə, dünya əhalisinin üçdə ikisi aclıq təhlükəsinə məruz qalır. Bu insanların əksəriyyəti Yəmən, Demokratik Konqo Respublikası, Əfqanıstan və Suriya kimi müharibə ilə üzləşən ölkələrdə yaşayır.

Afrika ölkələri də FAO-ya görə bu problemdən nisbətsiz bir şəkildə təsirlənir. Qitədəki təxminən 72 milyon insan kəskin aclıqla yaşayır. Hesabata görə, qarşıdurmalar və təhlükəsizlik bunun əsas səbəbləri olsa da, iqtisadi silkələnmə və iqlim dəyişikliyinə bağlı quraqlıq və sel kimi faktlar da mühüm dərəcədə təsir göstərir.

FAO-nun fövqəladə hallar üzrə direktoru Dominik Burgeon hesab edir ki, qıtlığın sərhədində olan ölkələrdə əhalinin təxminən 80%-i əkinçiliklə məşğuldur.