“Dəmirbank”dan kredit götürənlərin adları kompensasiya siyahısında yoxdur


Digərləri 03 Apr 2019 13:57:00 261 0

“Dəmirbank”dan kredit götürənlərin adları kompensasiya siyahısında yoxdur

"Dəmirbank"dan dollarla kredit götürənlərin kompensasiyasının hesablanmasında problemlər yaranıb.

Son.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən Astara rayon sakini Rəşad Həsənov bildirib ki, 2014-cü ildə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-dən 8974 ABŞ dolları kredit götürüb. Kreditin 7600 dollarını devalyasiyadan sonra1.05 məzənnə ilə ödəyib və 2015-ci ilin avqust ayına borcunu tam bağlayıb. Lakin kompensasiya alacaq şəxslərin siyahısında onun adı çıxmayıb.