Bakıda piyada qadını vurub öldürən sərxoş sürücünün məhkəməsi başladı


Digərləri 03 Apr 2019 13:48:00 206 0

Bakıda piyada qadını vurub öldürən sərxoş sürücünün məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaiq Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Ş.Mikayılov ittihamlarla özünü qismən təqsirli bilib. O, qəzanı törədəndən sonra hadisə yerindən qaçmadığını deyib və kamera görüntülərinin də olduğunu bildirib.

Daha sonra mərhum Səkinə Ramazanovanın hüquqi varisi, qardaşı Qənimət Ramazanov hadisəyə şahidlik etmədiyini, təqsirləndirilən şəxslə aralarında barışıq əldə edildiyini qeyd edib.

Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

İttiham aktına əsasən, Ş.Mikayılov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Səkinə Ramazanovanı və iki avtomobili vurub. Piyada hadisə yerində dünyasını dəyişib, iki avtomobilə isə ciddi ziyan dəyib.

Ş.Mikayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.