Aİ Azərbaycan qazının Bolqarıstana nəqli layihəsinə vəsait ayrılmasına razılıq verib


Digərləri 03 Apr 2019 13:09:25 196 0

Aİ Azərbaycan qazının Bolqarıstana nəqli layihəsinə vəsait ayrılmasına razılıq verib

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün 33 milyon avro vəsaitin ayrılmasına razılıq verib

Bakı. Ləman Zeynalova - Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün 33 milyon avro vəsaitin ayrılmasına razılıq verib. Trend bu barədə Avropa Komissiyasına istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, vəsait Yunanıstanın Komotini şəhəri ilə Bolqarıstanın Stara Zaqora şəhəri arasında 182 kilometrlik trans-sərhəd qaz magistralının tikintisinə yönəldiləcək: “IGB ümumi maraq kəsb edən Avropa layihəsidir. İki ölkənin qaz sistemləri ilk dəfə birləşəcək və bu, regionda enerji mənbələrini şaxələndirməklə enerji təhlükəsizliyini artıracaq. Qaz bazarında rəqabətin artması ilə istehlakçılar daha ucuz qaz ala biləcəklər”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin