7 yaşlı uşaqlara dəfələrlə təcavüz edən 46 yaşlı kişiyə hökm oxundu TƏFƏRRÜAT


Digərləri 03 Apr 2019 12:40:00 202 0

7 yaşlı uşaqlara dəfələrlə təcavüz edən 46 yaşlı kişiyə hökm oxundu  TƏFƏRRÜAT

Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əli Cəfərovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Əli Cəfərov Oğuz rayonunun Baş Daşağıl kəndi ərazisində yerləşən fermadakı evlərində və Şəki şəhərində kirayə yaşadıqları evdə 1999-cu il təvəllüdlü Samirə Səmədovanı zorlayıb.

Samirə Səmədova Əli Cəfərovun qeyri rəsmi yaşadığı Tamella Səmədovanın qızı olub.

Hədə-qorxu və zorlama

İstintaq sənədlərinə görə, Əli Cəfərov Samirə ilə ilk dəfə 2006-cı ildə, yəni 7 yaşı olanda cinsi əlaqədə olub. Əli Samirə ilə 2012-ci il qədər mütəmadi olaraq qeyd olunan ünvanlarda cinsi əlaqəyə girib.

Əli bundan sonra Qəbələ rayonu ərazisində, Şəki şəhərinin "Dağdibi" adlanan ərazisində yerləşən kirayə yaşadıqları evdə və Şəki rayonu Öryət kəndində yerləşən evlərində yenidən Samirə ilə cinsi əlaqədə olub.

O, Samirəyə mütəmadi olaraq zor tətbiq edib, qeyri-təbii yolla cinsi əlaqədə olub.

Ögey qızına qarşı təcavüz

Bundan başqa, Əli Cəfərov ikinci dəfə ailə qurduğu qadının azyaşlı qızına da təcavüz edib. O, ögey qızı Səidə Əhmədovaya qarşı cinsi zorakılıq edib. O, ilk dəfə Səidə ilə 7 yaşında cinsi əlaqədə olub.

Əli təxminən 2014-cü il tarixdən etibarən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin "Dağdibi" adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində Səidəyə dəfələrlə zor tətbiq edib.

O, Səidəni öldürəcəyi ilə hədələyib və onunla cinsi əlaqədə olub. Dəfələlə Səidəyə qarşı seksual xarakterli hərəkətlər göstərib.

7 yaşlı oğlanı da zorladı

Əli Cəfərov növbəti dəfə 7 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. O, 2013-cü il tarixdən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin "Dağdibi" adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində dəfələrlə Samir Əhmədova seksual xarakterli hərəkətlər edib.

Bundan başqa, Əli Cəfərov Şəki rayonu, Öryət kəndinin meşə sahəsində yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaq və kollarından yığıb. O, həmin narkotik vasitəni qurudaraq satış məqsədi olmadan özündə saxlayıb. Bu üsualla 422,45 qram çəkidə narkotik vasitə əldə edib.

Narkotik ittihamı

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən 2016-cı ilin mayın 21-də keçirilən əməliyyat nəticəsində Əli Cəfərov saxlanılıb.

Baxış zamanı Əli Cəfərovun şalvarının cibindəki kibrit qutusundan marixuana aşkar edilərək götürülüb.

Ertəsi gün Əli Cəfərovun yaşadığı Şəki rayonu Öryət kəndində yerləşən evində axtarış aparılıb. Axtarış zamanı həmin evin yataq otağındakı dolabın aşağı gözündəki paltarların arasında sellofan torbaya bükülmüş vəziyyətdə təmiz çəkisi 415 qram qurudulmuş marixuana aşkar edilib.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Əli Cəfərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilə şəxs qismində ifadə verən Əli Cəfərov bildirib ki, ki, 2002-ci ildə Tamella ilə ailə qurub: "Ancaq Tamella ilə nikah bağlamamışam. Ailə quran zaman Tamellanın Samirə adında 3 yaşlı qızı olub. Tamella azyaşlı qızını Şəki Qarışıq Tipli Uşaq evinə qoymuşdu. Biz ailə qurandan bir müddət sonra Samirəni götürərək özümüz baxdıq. Birgə yaşadığımız müddətdə 2008-ci ildə oğlum Sahib dünyaya gəldi".

"Ləman Tamellanı mənə qısqanıb"