Texasda kimyəvi zavod yanır


Dünya 02 Apr 2019 23:27:00 239 0

Texasda kimyəvi zavod yanır

ABŞ-ın Texas ştatında kimyəvi zavodda güclü yanğın başlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Yanğının hansı səbəbdən baş verməsi bilinmir.

Qeyd edək ki, yanğın baş verən rayonda yollar bağlanıb. Çirkli hava səbəbindən isə şagirdlərə məktəb binalarını tərk etmək qadağan olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.