Şəmkirdə qəbiristanlığı dağıdan şəxs saxlanılıb


Digərləri 02 Apr 2019 21:37:00 198 0

Şəmkirdə qəbiristanlığı dağıdan şəxs saxlanılıb

Şəmkir rayonunun Yuxarı Keçili kəndində qeyri-adi hadisə qeydə alınıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, kənd ərazisində yerləşən qəbiristanlıqda 200-dək məzarın qəbir daşları və bəzəkləri sındırılıb.

Sakinlərin müraciətinə əsasən hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni 26 yaşlı kənd sakini Coşqun Nəcəfov törədib. Kənd icra nümayəndəsinin sözlərinə görə, həmin şəxs ruhi xəstədir. Hadisəni törətməsinə səbəb kimi martın 31-də kənd yerindəki yas mərasimində ona verilən halvanın az olmasına əsəbləşməsini göstərib. Coşqun Nəcəfov polislər tərəfindən saxlanılıb.