Ayaq tərləməsi və qoxusunun qarşısını almaq üçün 12 üsul


Digərləri 02 Apr 2019 21:40:00 202 0

Ayaq tərləməsi və qoxusunun qarşısını almaq üçün 12 üsul

Ayaq qoxusunun qarşısını ala biləcəyiniz ən adi tədbir, ayaq gigiyenasını vərdiş halına gətirməkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ayaqlarınızı hər gün, səhər axşam ilıq suyla, antibakteriyel və ya göbələyə qarşı sabunla istifadə edərək yuyun. Sonra, göbələk yaranmaması üçün yaxşıca qurulayın. Çünki ayaq göbələyinin ən mühüm səbəblərindən biri, ayaqların yuyulduqdan sonra kifayət qədər qurulanmamasıdır.

Sintetik və neylon corab əvəzinə, yumşaq, pambıqlı və təri özünə çəkə bilmə xüsusiyyəti olan corablara üstünlük verin. Günün sonunda corablarınızı dəyişdirməkdə laqeydlik etməyin.

Eyni ayaqqabını iki gündən artıq geyməməyə çalışın. Ayaqqabılarınızı dəyişdiyiniz müddət fasiləsində 24 saat ərzində havada saxlayın. Beləliklə qoxunu ayaqqabıya yerləşərək ayağınıza yoluxmasının qarşısını ala bilərsiniz.

Ayaqqabı alarkən, hava alan və ya havalanan bir materialdan istehsal olanlara üstünlük verin. Neylon və ya sintetik material istifadə edilərək, hazırlanan ayaqqabıları istifadə etməyin. Mümkündürsə, həqiqi dəri kimi təbii materiallardan hazırlanan ayaqqabıları istifadə edin.

Ayaqlarınıza və ayaqqabı içinə antibakterial sprey və ya qoxunun qarşısını alan pudra vurun. İlk əvvəl axşam evə gəldikdən sonra ayaqqabılarınızı eyvan kimi havalanma şəraiti olan bir məkanda bir neçə saat havada saxlayın.

Havada saxladıqdan sonra daxili və üst hissələrinə sprey və ya antibakterial pudra sıxın. Sonra ayaqqabılarınızı şkafda yerləşdirə bilərsiniz.

Ayaq barmaqlarınızın araları və dabanınıza hər dəfə duş qəbul etdikdən sonra müntəzəm olaraq nəzarət edin.

Ayaq barmaqlarınızın aralarında soyulma, ayaq bazalarında soyulma, iynə ucu kimi su toplayan qabarcıqlar və qoxu kimi göbələk infeksiyasının əlamətləri müşahidə olunduqda bir dermatoloji mütəxəssisinə müraciət edin.

Həddindən artıq tərləmə də ayaq qoxusuna səbəb olan mühüm bir amillərdən sayılır. Ayağınızda hiperhidrozis deyilən həddindən artıq tərləmə vəziyyəti mövcuddursa, müalicə edin və tərləməni azaldan kremlər istifadə edin.

Ayaqlarda yaranan tərləmə problemini günümüzdə botoks tətbiq etmək, iontoforez və klipsli ETS kimi müalicə üsulları ilə aradan qaldırmaq mümkündür.