Əsrarəngiz “Göy qurşağı dağları”


Digərləri 02 Apr 2019 19:14:00 303 0

Əsrarəngiz “Göy qurşağı dağları”

Çinin Şimal qərbində yerləşən Qansu bölgəsində "Hangye Danxia Landform Geological Park" adlanan geoloji park səyahəti və qeyri-adi yerləri görmək istəyən insanların marağını cəlb edir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu bölgənin ən önəmli özəlliyi ərazidəki dağların göy qurşağı kimi rəngarəng olmasındadır.

Burada dağlar qırmızı, narıncı, yaşıl, sarı rəng çalarlarında olub, möhtəşəm mənzərə yaradır. 24 milyon il əvvəl tektonik hərəkətlənmə nəticəsində müxtəlif minerallar səthə çıxıb və min illər ərzində küləklərin, yağışların təsiri ilə qayalar bu hala düşüb.


Xəbərə aid fotolar