Azərbaycanda AMANSIZ QƏTL Öldürdü, yandırdı,


Digərləri 02 Apr 2019 17:30:00 236 0

Azərbaycanda AMANSIZ QƏTL  Öldürdü, yandırdı,

Təxminən 3 aydır yoxa çıxan Cəlilabad sakini Mahmudov Sahibdən xəbər var.

Son.az xəbər verir ki, "Səni axtarıram"ın aparıcısı uzun zamandır övladını axtaran anaya bu gün acı xəbəri verib.

Xoşqədəm Sahibin yanvar ayında Masallıda istirahət mərkəzində Əli Ələkbərli adlı şəxs tərəfindən bıçaqlanaraq, qətlə yetirildiyini açıqlayıb. Hadisə bu ilin yanvarın 25-də qeydə alınıb. Məlum olur ki, Əli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyularaq Neftçala rayonuna aparılıb. Orada meyit yandırılır. Meyitin tam yanmadığını görən Əli Ələkbərli və Ağamalızadə cəsədi İmişli rayonuna aparırlar. İmişli rayonunda meyit balta ilə hissələrə bölünür. Həmin şəxslər cəsədin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonları ərazilərində basdırılar. Hazırda təqsirli şəxslər saxlanılıblar. Onlara qarşı cinayət məcəllələrinin müxtəlif maddələri ilə cinayət işi açılıb.   

Ana "Mən bu xəbəri gözləyirdim. Əzabla, əziyyətlə, dişim-dırnağımla saxladığım balamı öldürdülər. Onun qanını yerdə qoymayacam. Sahib şəhidlərimizdən artıq deyil. Qurban olsun şəhidlərimizə" ifadələri ilə hər kəsi qəhərləndirib. 


Xəbərə aid fotolar