Pambıq, tütün, çay sahələrinin məhsullarının sığortalanmasına maliyyə yardımı ayrılsın - TƏKLİF


Digərləri 02 Apr 2019 16:48:48 199 0

Pambıq, tütün, çay sahələrinin məhsullarının sığortalanmasına maliyyə yardımı ayrılsın - TƏKLİF

Hesablama Palatası dövlət tərəfindən sığortalanmasına maliyyə yardımı göstərilən sığorta hadisələrinə müvafiq əlavələrin edilməsini təklif edir.

Bakı. İlhamə İsabalayeva – Hesablama Palatası dövlət tərəfindən sığortalanmasına maliyyə yardımı göstərilən sahələrə müvafiq əlavələrin edilməsini təklif edir. Trend-in məlumatına görə, Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib. Təkliflərdə qeyd edilir ki, dövlət tərəfindən sığortalanmasına maliyyə yardımı edilən kənd təsərrüfatı bitkilərinə pambıq, tütün, çay, çəltik və tut (çəkil) sahələrinin məhsullarının əlavə edilməsi məqsəduyğun olardı.