Sosial müavinət müəyyən edilərkən ögey uşaqların da nəzərə alınması təklif olundu


Digərləri 02 Apr 2019 15:51:00 215 0

Sosial müavinət müəyyən edilərkən ögey uşaqların da nəzərə alınması təklif olundu

Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınmasını da təklif edib.

Son.az Trend-ə istinadən bildirir ki, Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

Hesablama Palatası bununla əlaqədar "Sosial müavinətlər haqqında" qanuna müvafiq dəyişikliklərin olunmasını təklif edib.