İngiltərə parlamentində çılpaq etiraz aksiyası


Dünya 02 Apr 2019 15:26:00 233 0

İngiltərə parlamentində çılpaq etiraz aksiyası

İngiltərə parlamenti ölkənin Avropa İttifaqından ayrılmasının şərtlərini ehtiva edən müqaviləyə alternativ variantları səsə qoymaq üçün ikinci dəfə iclas keçirib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, millət vəkillərinə təqdim edilən 4 variantdan heç biri səs yığa bilməyib. Səsvermədən əvvəl isə bir qrup aksiyaçı soyunaraq etirazlarını bildiriblər.

Kritik səsvermədən əvvəl bir qrup şəxs soyunaraq millət vəkillərinə etiraz ediblər. Ətraf mühit aktivistləri olduqlarını açıqlayan etirazçılar "Extinction Rebellion" qrupu adından açıqlama verib. Salonun tamaşaçı hissəsində olan aksiya iştirakçıları bir anda soyunaraq arxalarını təhlükəsizlik şüşəsinə çevirərək şüar səsləndiriblər.


Xəbərə aid fotolar