Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib (FOTO)


Digərləri 02 Apr 2019 14:14:01 186 0

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib. Trend-in məlumatına görə, konsert Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Konsert bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunub.