Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb (FOTO)


Digərləri 02 Apr 2019 13:41:00 164 0

Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Bakı. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib. Daxili İşlər Nazirliyinin Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Taleh Kərimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.