“Diqlas”dakı yanğından zərərçəkənlər daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcəklər


Digərləri 02 Apr 2019 12:17:00 202 0

“Diqlas”dakı yanğından zərərçəkənlər daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcəklər

Bakıda "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara maliyyə dəstəyinin verilməsi qaydaları hazırlanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov brifinq zamanı deyib.

O xatırladıb ki, dövlət başçısının fərmanına əsasən, yanğınla əlaqədar xüsusi komissiya yaradılıb. Sahibkarlara maliyyə yardımının göstərilməsi üçün hökumət 3 milyon manat ayırıb.