Azərbaycan xurma istehsalını xeyli artıracaq


Digərləri 02 Apr 2019 10:54:00 205 0

Azərbaycan xurma istehsalını xeyli artıracaq

Cari ildə Azərbaycanda xurma istehsalının ən azı 15 faiz artacağı proqnozlaşdırılır.

Son.az xəbər verir ki, bunu Trend-ə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov deyib.

O, Azərbaycanda kənd təsərrüfatının intensiv artımını vurğulayıb: "Bu sahə ilə məşğul olan regionların 95 faizində ağacların düzgün budanmasına diqqət ayrılıb, kənd təsərrüfatı ziyanvericiləri ilə kompleks mübarizə aparılır".

Q.Yusifov bildirib ki, payızda meyvə ağaclarına vaxtında əlavə gübrə verilməsi yaxşı məhsul almaq baxımından çox vacibdir.