Sahibkarlar güzəştli imkandan yararlanmaq üçün Rabitəbankı seçirlər


Digərləri 02 Apr 2019 10:55:00 202 0

Sahibkarlar güzəştli imkandan yararlanmaq üçün Rabitəbankı seçirlər

Dünya Bankı və Aqrar Kredit və İnkişaf Agentliyinin "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi"nin agent bankı seçilən Rabitəbank, sahibkarların biznesinin inkişafına dəstək naminə ilk kreditini verdi.

Dünya Bankı tərəfindən keçirilmiş təhlil prosesi nəticəsində Rabitəbank ASC Dünya Bankı və Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə icra etdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi" nin Aqrobiznesə Maliyyə Xidmətləri komponenti üzrə İştirakçı Maliyyə Qurumu kimi seçilmişdir.

Layihənin əsas məqsədi, kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına dəstək vermək, seçilmiş məhsullar üzrə dəyər zəncirlərinin təkmilləşdirilməsindən ibarətdir.

Layihələr üçün ayrılmış ilkin kredit tranşı 3.000.000 ABŞ dolları təşkil edir.