Yeni iPhone modelinin dizaynı sızdırılıb


Digərləri 02 Apr 2019 08:41:00 199 0

Yeni iPhone modelinin dizaynı sızdırılıb

Yeni iPhone seriyasının təqdimatına hələ yarım il vaxt var. Lakin artıq indidən yeni iPhone modelləri barəsində məlumatlar yavaş-yavaş internetdə ortaya çıxmağa başlayıb. iPhone XI modelinin ilk render fotolarından sonra internetdə yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb.

Son.az technote.az-a istinadən bildirir ki, bu barədə Phonearena saytı xəbər verib. Ehtimal ki, smartfon gövdəsinin təqdim olunmuş sxematik fotoları zavoddakı istehsalat xəttinin əməkdaşları üçün nəzərdə tutulub. Belə ki, fotolardan da görmək olar ki, onlar iş çertyojları üçün nəzərdə tutulmuş xüsusi qeydə sahibdirlər.

Fotolardakı cihazın dizayn konturları artıq satışda olan iPhone XS modelinin dizayn konturlarını xatırladır. Lakin təqdim olunmuş fotolarda əks olunmuş cihazın kamera hissəsi hal hazırda satışda olan son iPhone modellərinin kamera hissələrindən fərqlənir. Sxem fotolardan belə qənaətə gəlmək olar ki, təqdim olunacaq yeni iPhone modellərindən biri üç arxa kameraya sahib olacaq və kamera modulları asimmetrik şəkildə yerləşəcəklər.