MIUI 11 istifadəçi interfeysində nə yeniliklər olacaq?


Digərləri 02 Apr 2019 08:31:00 224 0

MIUI 11 istifadəçi interfeysində nə yeniliklər olacaq?

Xiaomi şirkəti artıq bir neçə aydır ki, özünün MIUI 11 interfeysi üzərində çalışır. İndi isə internetdə sözügedən interfeys versiyasında olacaq bəzi özəlliklər barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. MIUI 11-in bəzi özəllikləri barəsində Xiaomi şirkətinin dizayn və məhsullar üzrə meneceri Liu Ming danışıb. Onun sözlərinə əsasən şirkət MIUI 11-də tətbiqlərtin xarici görünüş ikonlarını tamamilə dəyişəcək və onları vahid hala gətirəcək.

Son.az technote.az-a istinadən bildirir ki, yeni interfeysə Ultimate Power Saving Mode adlı rejim də əlavə olunacaq. Həmin rejimin aktivləşdirilməsi halında smartfon ekranı monoxrom vəziyyətə keçid edəcək və istifadəçi bu rejimdə yalnız zəng edə və mesaj göndərə biləcək. Həmin rejimi əsas ekrana lazımi tətbiqləri əlavə etməklə ayarlamaq mümkün olacaq.