E vitamini xərçəng hüceyrələrini məhv edir


Digərləri 02 Apr 2019 08:15:00 224 0

E vitamini xərçəng hüceyrələrini məhv edir

Son illər ərzində dünyanın çox böyük bir hissəsi onkoloji xəstəliklərin törətdiyi fəsadlardan əziyyət çəkir və çıxış yolu axtarılır. Bu xəstəliyin müalicəsi isə, konkret olaraq, tapılmamışdır. Bu səbəbdən də, minlərlə insan həyatını itirmişdir və itirməyə də davam edir. Günü-gündən ölüm sayları artır və müalicə çətinləşir.

Xərçəng xəstəliyinin müalicə üsulları olduqca çoxdur. Lakin onların içində faydalı olanlarının sayı məhduddur. Həmin faydalı yollardan biri də E vitamini qəbul etməkdir. Bu yol əsasən qadınlarda müsbət təsir göstərir. Xüsusən də, süd vəzisi xərçənginin yayılmasına və inkişafına mane olur. Burada ən önəmli məsələlərdən biri də həqiqi E vitaminini tapmaqdır. Adi apteklərdə satılan E vitaminləri 100% lazımlı birləşmələrdən hazırlanmayıb. Bu səbəbdən də, həkim məsləhətinə mütləq şəkildə ehtiyac vardır. Əks təqdirdə, həmin lazımsız birləşmələr xərçəng hüceyrələrini məhv etmir, əksinə inkişafına yardım göstərir.