Scary Stories to Tell in the Dark filminin ilk fraqmenti yayımlandı VİDEO


Digərləri 02 Apr 2019 07:31:00 296 0

Scary Stories to Tell in the Dark filminin ilk fraqmenti yayımlandı  VİDEO

Guillerme Del Toro-nun qorxu janrında ekranlaşdırdığı film Scary Stories to Tell in the Dark-ın ilk fraqmenti yayımlandı.

Son.az chip.az-a istinadən bildirir ki, Alvin Schwartz 1990-cı illərdə Amerika filmlərindəki düşərgə ocağı başında səsləndirilən hekayələrdən ilhamlanaraq qorxulu hekayələr yazan bir yazıçıdır. Bu hekayələr Guillerme Del Toro-nun yeni filmi üçün ilham mənbəyinə çevrilir. Schwartz-ın kitabları ümumilikdə qorxulu olsa da uşaqlara yönəlmişdir. Uzun müddət mübahisə obyekti olan kitablar üçün Stephen Gemmell-in çəkdiyi illüstrasiyalar da olduqca qeyri-adi və qorxunc idi. Bu səbəbdən kitabın 30-cu il nəşrindən bu şəkillər kitabdan götürülür.

Bu kitablardan ilhamlanan Guillerme Del Toro bu hekayələri ekranlaşdırmaq qərarına gəlir. Qeyd edək ki, onun portfoliosunda Pan-nın Labirint kimi fantastik səhnələri, Crimson Peak, Mama , Hellboy Shape of Water Shape of Water kimi qorxulu qəhrəmanların yer aldığı filmlər var. Filmin rejissoru Del Toronun Trollhunter-də birgə işlədiyi Andre Ovredai-dir. Filmin adı Scary Stories to Tell in the Dark-dır.