Günün qoroskopu: Yaşam arealınızda qayda yaradın, xaos görüntülərindən qurtulun


Digərləri 02 Apr 2019 00:01:00 239 0

Günün qoroskopu: Yaşam arealınızda qayda yaradın, xaos görüntülərindən qurtulun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - maddi, real işlərlə məşğul olun, həyatdan kam alın. Sözlərin dəyəri çox deyil və buna görə də kiməsə öz mövqeyinizi anladaraq sinirlənməyin. Yalnız qarşılıqlı maraq varsa, işgüzar görüşlər fayda verəcək.

Gərəkli ideyaları səbatlı etməyə imkan verəcək ideyalar olacaq.

Mühafizəkar, inadkar olun, gördüyünüz işin təfərrüatına varın.

Diqqətli olun ki, tərəfdaş və ya şərik sizi dəstəkləsin.

Axşam saatlarında istirahət edin. İmkan varsa, açıq havada olun.

Çox soyuq heç nə içməyin.

Buğa - işlərə praktik və sayıq yanaşmanın tələb olunduğu gündür. Dünən hisslərlə həyəcanın bol olduğu sahədə indi nisbi sakitlikdir. Yetərincə əlaqə və məlumat topladığınız sahələrdəki qarşılıqlı təmasda olan məsələlər sizi maraqlandıracaq.

Yaxşı bələd olduğunuz işi yerinə yetirərkən yeni ideya yarana bilər.

Yeni planların əsasını qoymaq üçün əlverişli zamandır. Diqqətli olun, enerjinizi boşuna xərcləməyin.

Axınla hərəkət edin. İnadkarlıq və yaxın ətrafınızdakı insanların çatışmazlıqlarına dözümsüzlük nümayiş etdirərək vəziyyəti qəlizləşdirməyin.

Ətrafınızdakı insanlarla münasibətdə harmoniyaya nail olun, hisslərinizi tarazlayın.

Əkizlər - şəraitə sürətlə, tez uyğunlaşın, amma tələskənlik etməyin, hövlnak addımlar atmayın. Mümkün qədər faydalı əlaqələr yaradın. Səfər, səyahət və ünsiyyət üçün uğurlu gündür.

Faydalı məsləhət və informasiya ala bilərsiniz. Xırdalıqların, təfərrüatların böyük dəyəri var.

Qüsursuz görünməyə çalışın.

İsti sizi usandırmayıbsa, açıq havada gəzintiyə çıxın.

Ev işləri üçün yaxşı gündür.

Şəxsi münasibətlərdə qarşılıqlı anlaşma və səmimiyyəti ön plana çıxarın.

Heç hara tələsməyin.

Xərçəng - ambisiyalarınızı hərəkətə gətirəcək maraqlı və əlverişli gündür. Potensialın araşdırılması ilə imkanların dəyərləndrilməsi maraqlı nəticələr vəd edir. Özünüz barədə indiyədək etiraf etmək istəmədiyiniz gerçəyi biləcəksiniz.

Tələskənliyə aldanmayın. Perspektivdə gərəyiniz ola biləcək informasiyanı dəyərləndirin.

"Milçəkdən fil düzəltmək" istəyən adam var. Bu şəxsin məkrinə aldanmayın, təxribatına uymayın. Aldığınız məlumatları təhlil etsəniz, dəyərli və qiymətli informasiya əldə edə bilərsiniz.

Praqmat olun, yaşanan şəraitdə mümkün qədər rahat davranın. Bir qədər nəfəs alın, növbəti gedişi buraxın.

Problemlərin bəziləri özbaşına həllini tapır.

Axşam saatlarında görüşlərdən imtina edin, yaxşı dincəlin.

Şir - səhər saatlarından etibarən aktiv və sayıq olun. Əsas məsələ olur ki, heç yerə tələsməyin, səbrli olun, başladığınız işi sona çatdırın. Yaxın ətrafınızdakı insanların narazılığını hiss edəcəksiniz. Münasibətləri gərməyin və problem öz həllini tapacaq.

Ünsiyyətdə fəallaşma, qəfil və xoşagələn məqamlar yaşanacaq.

Bəzi əlaqələrin bərpası, əldən buraxılmış imkanların reabilitasiyası istisna deyil.

Hansısa mövzunun sizdən gözlədiyinizdən daha çox səy və diqqət tələb etməsi istisna deyil.

Şərtlərin diqtə etdiyi seçim sizə yeni, maraqlı yol vəd edir və bu yola görə bəzi maraqlı nəsnələrdən imtina etmək olar.

Qız - işlərdəki müvəqqəti fasilə şəxsi həyatınıza daha çox vaxt ayırmağa imkan verəcək. Rahatlıq və komfort axtarışları gözlənilir.

Təfərrüatlara və detallara diqqət verin. Həssas, sayıq olun.

İşlərlə münasibətlərdə müşahidə olunan qarışıqlığı, təbəddülatı aradan qaldırın.

Sabahkı günün mühüm hadisələri sizdən indidən ciddi hazırlaşmağı tələb edir.

Hansı addımlar atmağın gərəkdiyi ilə bağlı uzaqdan məsləhət gələ bilər.

Səhhətinizə fikir verin.

Boyun, boğaz, qalxanabənzər vəzdə problemlər riski var.